23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Koronavirusun bioloji silah olub-olmadığı araşdırılacaq - Professor
Tarix: 29-03-2020 13:05 | Bölmə: Slayd
Koronavirusun bioloji silah olub-olmadığı araşdırılacaq

Dünya ölkələri koronavirusa qarşı ciddi mübarizə apardıqları bir vaxtda bəzi alim və siyasətçilər iddia edirlər ki, bu virus təbii yolla yayılmayıb. Onların fikrincə, bu virus laboratoriya şəraitində hazırlanmış bioloji silahdır.

İddia olunur ki, COVİD-19 əvvəlcədən hazırlanmış və testdən keçirilmiş bioloji məhsuldur.

Hətta bu virusun yayılmasına görə, ABŞ və Çini ittiham edənlər də var.

Professor Əli Abbasov məsələni Reyting.az-a şərh edərkən deyib ki, COVİD-19 infeksiyasının laboratoriya şəraitində hazırlanması və ya təbii şəkildə ortaya çıxmasının indiki halda ciddi əhəmiyyəti yoxdur:

“Biri deyir ki, bu virus Çindən gələn təhlükədir, orada süni yolla yaradılıb, bir başqası isə bunu “Amerikanın məhsulu” adlandırır. Amma indiki halda bunun mənası yoxdur”.

Koronavirusun bioloji silah olub-olmadığı araşdırılacaq
Ə. Abbasov

Ə. Abbasov qeyd edib ki, indi ən vacibi insanların özlərini bu təhlükədən qorumasıdır.

Professor bildirib ki, koronavirus epidemiyasının haradan və niyə yayıldığını Azərbaycan olaraq, biz müzakirə etməyəcəyik: “Bizə görə indi vacib odur ki, bu bəladan xilas olmaq üçün alternativ metodlardan istifadə edək. Bunun süni və ya təbii problem olduğu zamanla ortaya çıxacaq. Təhlükə sovuşduqdan sonra dünyanın güclü mərkəzləri yəqin ki, bu məsələləri araşdıracaq”.

Ə. Abbasov hesab edir ki, indi bu virusun təbii hal və ya süni şəkildə ortaya çıxmasını müzakirə etməyin faydası yoxdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}