“Ərdoğanla Putin arasındakı inam yüksək səviyyədədir” - Peskov
Tarix: 23-10-2016 13:04 | Bölmə: Slayd


"Ankara ilə Moskva arasındakı etimad yüksək səviyyədədir".

Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, məlum hadisədən sonra iki dövlət arasındakı münasibət korlansa da, indi hər şey qaydasındadır: "Ərdoğanla Putin arasındakı inam yüksək səviyyədədir. Ən həssas məsələləri belə bir-biriləri ilə paylaşırlar. Bu da etimadın yüksək səviyyədə olduğunu göstərir.”





Bölməyə aid digər xəbərlər