Sakinlər həyəcan təbili çalır: Qubanın qədim dağ kəndi təbii fəlakətlə üz-üzə qalıb – Müraciət
Tarix: 23-10-2016 15:39 | Bölmə: Slayd


Quba rayonunun ən qədim kəndlərindən biri hesab olunan Qonaqkənddə təhlükəli vəziyyət yaranıb. Vəlvələ çayının vadisində yerləşən və hazırda qəsəbə statusu olan Qonaqkəndin sakinləri hər an sel təhlükəsi ilə üzləşməkdən ehtiyat edirlər.

Yaşayış məntəqəsinin arxasındakı dağlardan axıb gələn sel suları da qəsəbə üçün təhlükəyə çevrilib.

Sakinlərin sözlərinə görə, son günlər bu təhlükələr daha da artıb. Hətta vəziyyət o qədər kritik həddə çatıb ki, Bakı-Quba-Rusiya yolunun Vəlvələ kəndinin yaxınlığından keçən Vəlvələ çayının üzərindəki Vəlvələ körpüsünün beton dirəklərini də sel yuyub.

Reyting.az-ın xəbərinə görə, Qonaqkənd sakini Niyatulla Məhərrəm oğlu Orucov Mia.az saytına deyib ki, son günlər yağan güclü yağışların və əriyən qarın nəticəsində çayın səviyyəsi qalxaraq evlərin hasarlarına çatıb və su həyətyanı səhələrə dolub.

Ən acınacaqlısı isə selin qəsəbədə yaşayan 1500-dən çox insanın təsərrüfatına vurduğu ziyan yox, birbaşa onların həyatına təhlükə yaratmasıdır.

Bildirirlir ki, onlar dəfələrlə məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etsələr də, ciddi tədbir görülmür. Halbuki ərazinin relyefinin mürəkkəb olmasına baxmayaraq, real vəziyyət təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

N.Orucovun sözlərinə görə, sürüşmə nəticəsində keçmiş Atuş kəndi ərazində Vəlvələ çayının axını "boğulub” və çayın məcrası genişlənib, bu isə suyun səviyyəsinin qalxmasına səbəb olub.

N.Orucov həyəcan təbili çalaraq deyib:

"Son zamanlar sakinlərin çoxu selin qəsəbəni basması təhlükəsi səbəbindən səksəkə içindədir. Hər an faicə baş verər, camaat su altında qala bilər. Sentyabr ayının 2-si, 24-ü,17-si, oktyabr ayının isə 13-ü, 15-i və 17-si çayın səviyyəsi artıq evlərə çatıb. Elə ilk təhlükə zamanı - sentyabr ayı - mən Fövqəladə Hallar Nazirliyinə sel təhlükəsi ilə bağlı teleqram vurdum. Onlar da teleqramı nazirliyin nəzdində olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yönəldib və bir müddətdən sonra mənə qəliz və qeyri-konkret bir cavab məktubu gəldi. Bu cavabdan heç nə başa düşmək olmur. Cavabdan ümumən belə başa düşmək olur ki, onlar tədbir görməyə tələsmirlər, daha doğrusu, bunu istəmirlər. Halbuki təhlükəli vəziyyətdə yaşayırıq və dedyimi kimi, hər an faciə baş verə bilər.

Bu cür laqeyd cavaba görə təzədən Fövqəladə Hallar Nazirliyinə məktub yazdıq. Ancaq reallıq odur ki, qəsəbə sakinlərinin üzləşdiyi vəziyyət onların vecinə deyil”.

Quba Rayon İcra Hakimiyyətinə təhlükəli vəziyyətlə bağlı dəfələrlə məlumat verilsə də, sakinlər "məsələdən məlumatlıyıq” cavabnı alırlar. Amma tədbir görən yoxdur. Deyirlər yetərincə texnikaları yoxdur və bu məsələ dövlət səviyyəsində həll olunmalıdır:

"Bizim istəyimiz odur ki, ya çayın qabağına qoruyucu bənd çəksinlər, biz evimizdə rahat yaşaya bilək, ya da bizi buradan köçürsünlər. Çünki belə vəziyyətdə, özü də payız-qış aylarında hər gün, hər saat həyəcan içində yaşayırıq.

Əgər imkanımız olsaydı, özümüz tədbir görərdik. Amma bu imkanımız yoxdur...”.





Bölməyə aid digər xəbərlər