











Tarix: 27-10-2016 13:41 | Bölmə: Slayd
Bu gün Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş nəzarət tədbirləri ilə bağlı hesabatlar müzakirə olunub.
Reyting.az Palataya istinadla xəbər verir ki, gündəliyə aşağıdakı məsələlər çıxarılıb:
1.Dövlət İnvestisiya Proqramının icrası üzrə ekspert-analitik təhlilin nəticələri;
2.Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsinin auditi;
3.Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Tovuz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi;
4.Dövlət büdcəsinin yerli xərclərinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən Abşeron Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası;
5.Dövlət büdcəsinin yerli xərclərindən Quba Rayon Mədəniyyət və Turizm şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası;
6.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrası;
7.Rayon (şəhər) məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatı xərclərinə dair ekspert-analitik təhlilin nəticələri.
Məlumata görə, iclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icra vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.
Kollegiyada Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar da təsdiq olunub.
Bölməyə aid digər xəbərlər