











Tarix: 28-10-2016 13:42 | Bölmə: Slayd
"MTN işi” iləbağlı həbs edilənlərin məhkəməsi getdiyi bir vaxtda Eldar Mahmudov–Akif Çovdarov tandeminin vəzifəli şəxslərə və iş adamlarına qarşı etdiklərinin mediada işıqlandırılması geniş əks-sədaya səbəb olur.
Reyting.az saytı AzToday.az-a istinadla bildirir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qoçularına haqq vermək məcburiyyətində qalmış vəzifəli şəxslərdən biri dəsabiq deputat Ayaz Orucov olub.
İddia edilir ki, Akif Çovdarovun "radarı”na düşən Ayaz Orucov MTN-nin qaniçən idarə rəisinin tələbinə əvvəlcə tabe olmaq istəməsə də, sonradan onunla razılaşmaq məcburiyyətində qalıb:
"MTN-in qara maskalıları tərəfindən həbs edilən Ayaz Orucov Akif Çovdarovun "türmə”sində təxminən 15-20 gün saxlanılıb. Ayaz Orucov Akif Çovdarovun tələb etdiyi 10 milyon dolları verməyə razılaşandan sonra sərbəst buraxılıb”.
Maraqlıdır ki, sabiq deputat "MTN işi”ndən sonra hüquq-mühafizə orqanlarına, konkret istintaqı aparan Baş Prokurorluğa müraciət etməyib. Mənbə buna səbəb kimi, A.Orucovun biznes fəaliyyətində buraxdığı "qələt”ləri göstərir.
Qeyd edək ki, A.Orucov Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin nəzdində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində də çalışıb. Böyük bir qalmaqaldan sonra bu vəzifədən uzaqlaşdırılıb.
Bölməyə aid digər xəbərlər