











Tarix: 31-10-2016 12:00 | Bölmə: Slayd

Müvafiq qurumlar Bakının Badamdar qəsəbəsində yenidən söküntü işlərinə başlayıb.
Reyting.az saytı mia.az-a istinadla bildirir ki, bir qədər əvvəl Səbail Rayon İcra Hakimiyyətində (RİH) yaradılmış İşçi Qrup tərəfindən Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində torpaqların inventarlaşması aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, bu ərazidə tikilməkdə olan su anbarlarının yaxınlığında hektarlarla sahə müxtəlif şəxslər tərəfindən saxta sənədlərlə zəbt edilərək hasarlanıb və bir çox yerlərdə qanunsuz tikinti işləri aparılıb. Bu səbəbdən də Səbail RİH zəbt edilmiş ərzilərin ilkin vəiyyətə gətirilmə prosesinə başlayıb.
Badamdar qəsəbə nümayəndəsi Zaur Əliyevin məlumatına görə, RİH tərəfindən bu işlərə texnika və işçi qüvvəsi cəlb olunub, bir neçə gün ərzində 3,4 hektar ərazidəki hasarlar və qanunsuz tikililər sökülərək ərazi təmizlənib. Artıq 6 hektara yaxın yeni ərazidə qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin təmizlənərək dövlətə qaytarılması işinə başlayıblar.
Araşdırmalar zamanı torpaq sahələrinin bəzi işbazlar tərəfindən köhnə tarixlə hazırlanmış saxta sənədlər əsasında rəsmiləşdirilməyə cəhdlər olduğu müəyyənləşib, qanunsuz torpaq zəbti və qeyri-qanuni tikinti işləri ilə bağlı materiallar və saxta sənədlər prokurorluğa göndərilib.
Saxta sənədlərdən biri
Bölməyə aid digər xəbərlər