











Tarix: 31-10-2016 12:33 | Bölmə: Slayd
Əmanətlərin Sığortalanması Fondu tərəfindən
28 oktyabr 2016-cı il tarixdə "Parabank” ASC-nin qorunan əmanətçilərinə 41
milyon 745 min manat, "Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 51 milyon 043
min manat, "Kredobank” ASC-nin qorunan əmanətçilərinə 26 milyon 136 min
manat və "Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 887 min
manatdan artıq kompensasiya ödənilib.
Reyting.az xəbər verir ki, bankdan Fins.az-a verilən məlumata görə, 4 bank
üzrə ümumilikdə 121 miyon 811 min manatdan artıq kompensasiya verilib.
28 oktyabr 2016-cı il tarixdə "Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14
milyon 170 min manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1
milyon 880 min manatdan artıq kompensasiya, 2 bank üzrə ümumilikdə 16 milyon
manatdan artıq kompensasiya ödənilib.
28 oktyabr 2016-cı il tarixdə "Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə
24 milyon 117 min, "Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat,
"Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon manatdan artıq
kompensasiya, 3 bank üzrə ümumilikdə 145 milyon manatdan artıq kompensasiya
verilib. 28 oktyabr 2016-cı il tarixdə QSC "Bank Standard” KB-nin qorunan əmanətçilərinə
360 milyon 322 min manat artıq kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 643 milyon
133 min manatdan artıq kompensasiya verilib.
Bölməyə aid digər xəbərlər