Ərdoğan "Polad Ələmdarı" bayram məclisinə dəvət etmədi
Tarix: 01-11-2016 11:01 | Bölmə: Slayd


Sahib olduğu "Pana Film"in "Kurtlar Vadisi Darbe" adı almış və 15 iyul hərbi çevrilişindən 2 ay öncə çəkilmiş filminə görə haqqında istintaq aparılan Necati Şaşmaz Cümhuriyyət bayramı məclisinə çağrılmayıb.

Reyting.az xəbər verir ki, prezident Rəcəb Tayyip Ərdoğan və xanımı Əmine Ərdoğanın təşkil etdiyi məclisə siyasət, sənət və iş dünyasından bir çox ünlü simalar gəlib. Bundan əvvəl bütün məclislərin yaraşığı olan N.Şaşmaz isə ortalıqda görünməyib.

Ehtimala görə, buna səbəb "Kurtlar Vadisi Darbe" filmində üzərində "Ərdoğan” yazılmış məzardır.





Bölməyə aid digər xəbərlər