











Tarix: 01-11-2016 16:52 | Bölmə: Slayd

"Azərbaycan prezidentinin Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsinin mümkünlüyü barədə təşəbbüsü əslində yeni deyil. Prinsipcə, bundan əvvəl də Azərbaycan Dağlıq Qarabağa status verməyə hazır olduğunu bəyan edib. Əslində, İlham Əliyevin bu təşəbbüslə çıxış etməsinin başqa vacib mənası var".
Bunu tanınmış rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin bu bəyanatının ATƏT-in Minsk qrupu həmsədrlərinin və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin regiona səfərləri ilə eyni vaxtda səslənməsi təsadüfi deyil: "Bunlar bir-biri ilə əlaqəli olan məsələdir. Ermənistan hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda iştirakını dayandırıb. Həm həmsədrlər, həm də Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistan rəhbərliyini danışıqlar masasına qaytarmağa çalışır. Məsələ ondadır ki, bu ilin aprel ayında Qarabağda dörd günlük müharibədən sonra aydın oldu ki, bu münaqişə dondurulmuş deyil, hər an müharibə başlaya bilər”.
Politoloq bildirib ki, bundan sonra müvəqqəti
güzəştlərin əldə edilməsi məqsədi ilə substantiv danışıqlara başlanılıb. "Bu
güzəşt 2011-ci ildə işlənib-hazırlanmış Kazan formuluna əsaslanmalı imiş. Kazan
formulunun prinsipləri artıq hər kəsə məlumdur. Söhbət ilkin olaraq Dağlıq
Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasından (Ermənistanla dəhliz
saxlanılması şərti ilə) gedirdi. Dağlıq Qarabağın statusu isə gələcəkdə müzakirə
olunmalı idi. Demək olar ki, razılıq əldə olunmuşdu, hər şey hazır idi, bircə
imza atmaq qalmışdı. Lakin son anda Ermənistan rəhbərliyi qorxaraq geri çəkildi.
Sarkisyan bu addımı atacağı təqdirdə, devriləcəyindən qorxdu və sülh müqaviləsinə
imza atmaqdan imtina etdi. Hazırda müxtəlif qüvvələr, o cümlədən həmsədrlər və
Avropa İttifaqı cəhd edir ki, yenidən İrəvanı danışıqlar masasına qaytarsın.
Ona görə də hesab edirəm ki, İlham Əliyevin Dağlıq Qarabağa muxtariyyət
statusunun verilməsinin mümkünlüyü barədə təklifi substantiv danışıqların bərpa
olunmasına cəhdlə bağlıdır. Çünki, bu gün yenidən münaqişə bölgəsində təhlükəli
vəziyyət yaranıb. Münaqişə hər an alovlana bilər. Münaqişənin nizamlanması ilə
bağlı danışıqlar isə dondurulub. Azərbaycan prezidenti danışıqların bərpa
olunmasının tərəfdarıdır". (APA)
Bölməyə aid digər xəbərlər