11 millət vəkili həbs edildi – Aralarında vitse-spiker də var - Siyahı
Tarix: 04-11-2016 10:30 | Bölmə: Slayd


Türkiyədə terrorla mübarizə çərçivəsində aparılan əməliyyatlarda Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Demirtaş və Figen Yüksekdağ saxlanılıb.

Həmsədrlərlə yanaşı Şırnak millət vəkili Ferhat Encü, Leyla Birlik, Hakkari millət vəkilləri Selma Irmak, Abdullah Zeydan, Diyarbakır millət vəkilləri İdris Baluken, Nursel Aydoğan, Ziya Pir, Ankara millət vəkili Sırrı Süreyya Önder ilə Mardin millət vəkili Gülser Yıldırım barəsindəki saxlanma qərarı da icra olunub.

Barəsində saxlanma qərarı olan HDP Şırnak millət vəkili Faysal Sarıyıldız və Van millət vəkili Tuğba Hezer Öztürkün xaricdə olduğu müəyyənləşdirilib. Eyni zamanda Diyarbakır millət vəkili İmam Taşçıer və Hakkari millət vəkili Nihat Akdoğan ilə bağlı prosesin davam etdiyi bildirilir. (aznews)

Türkiyə mediasının məlumatına görə, Baş Prokurorluğun təlimatı ilə həbs olunan 11 HDP millət vəkilinə qarşı irəli sürülən ittihamlar məlum olub.

Saxlanılan deputatlar "terror təşkilatı PKK-nın təbliğatını aparmaq”, "cinayəti və cinayətkarı tərifləmək”, "xalqı kin və düşmənçiliyə təhrik”, "silahlı terror təşkilatına üzv olmaq” və "dövlətin birliyi və bütövlüyünü pozmağa təşəbbüs” maddələri ilə ittiham olunurlar.

HDP həmsədri Səlahəddin Dəmirtaş isə cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, terror təşkilatına üzv olmaq, silahlı terror təşkilatına üzv olmaq, təşkilat adından cinayət törətmək, Türkiyə Cümhuriyyətini açıq-aşkar təhqir etmək, terror təşkilatının təbliğatını aparmaq, türk milləti, cümhuriyyəti və TBMM-ni açıq-aşkar təhqir etmək, prezidenti təhqir etmək, dövlətin hərbi və polis təşkilatını açıq-aşkar təhqir etmək, terror təşkilatı olan PKK-nın təbliğatını aparmaq, xalqı kin və düşmənçiliyə təhrik etmək, dövlət vəzifəlisini tutduğu mövqe ilə əlaqədar təhqir etmək, terror təşkilatına bilərək və istəyərək yardım etmək və s. maddələrlə ittiham olunur.

Məlumata gərə, həbs edilənlər arasında Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Pərvin Buldan da var. O, bir qədər əvvəl həbs olunan kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri və deputatları ilə birlikdə Ankarada saxlanılıb.

Reyting.az-ın xəbərinə görə, bu barədə "RİA Novosti”yə HDP partiyasının nümayəndəsi məlumat verib.

Məlumata görə, saxlanılma terrorçu fəaliyyətinin istintaqı çərçivəsində həyata keçirilib. Pərvin Buldan PKK ilə əlaqəsi olmaqda şübhəli bilinir(APA).

Xatırladaq ki, P.Buldan 2013-cü ildə İmralı adasındakı həbsxanada ömürlük həbs cəzası çəkən PKK lideri Abdulla Ocalana baş çəkib.

Həbslər Ankara, Diyarbəkir Mardin və digər şəhərlərdə keçirilib.

DHP PKK terror təşkilatını dəstəkləməkdə ittiham edilir.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər