Qacar Xanədanının son varisi Azərbaycana gəlib - Fotolar
Tarix: 08-11-2016 13:30 | Bölmə: Slayd

İranı idarə etmiş Qacar Xanədanının son varisi Şahzadə Babək Mirzə Azərbaycana gəlib.

Reyting.az AzVision.az-a istinadla xəbər verir ki, o, İstanbul səfərindən sonra Bakıya təşrif buyurub.

Şahzadə Babək Mirzə İstanbulda Türkiyəni özünün ikinci vətəni adlandırıb və xanımının türk olduğunu bildirib.

İranı uzun müddət idarə edən, 1925-ci ildə Qərb dairələrinin intriqası nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış Azərbaycan əsilli Qacar Xanədanı varisinin geniş ictimaiyyət qarşısına çıxması yüksək qiymətləndirilir.

Şahzadə Bakını gəzib, şəhərlə tanış olub. O, Azərbaycanın paytaxtına heyran qaldığını deyib.













Bölməyə aid digər xəbərlər