Mikayıl Cabbarov: “Universitetə yeni rektor təyin olunacaq”
Tarix: 14-11-2016 12:35 | Bölmə: Slayd

"Bakı Mühəndislik Universitetinin yaradılması bu profilli digər ali təhsil müəssisələrinin ləğv edilməsinə zəmin yaratmayacaq. Bununla bağlı deyilənlər sadəcə şayiədir”.

Məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, universitetin müvafiq maddi texniki bazası yaradılacaq:

"Yeni rektor təyin olunacaq. Tədris planları hazırlanacaq. 2017/2018-ci tədris ilində universitet tam həcmdə fəaliyyətə başlamalıdır. Universitetin hansı ünvanda yerləşəcəyi ilə bağlı müzakirələr aparılır, müxtəlif təkliflər hazırlanır”.

 

 

 





Bölməyə aid digər xəbərlər