Avropa məhkəməsi Azərbaycan hökumətini cərimələdi – 7 qərar
Tarix: 24-11-2016 15:18 | Bölmə: Slayd


Bu gün Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan verilmiş şikayətlər üzrə daha 7 qərar çıxarıb.

Reyting.az-ın xəbərinə görə, bu barədə "Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, qərarların 6-sı 2014-cü ildə Milli Şuranın aksiyası ilə əlaqədar həbs olunaraq, müxtəlif rayon məhkəmələri tərəfindən 10 sutkadan 20 sutkayadək azadlıqdan məhrum edilən AXCP üzvlərinə – İlham Hüseynov, Təzəxan Mirələmli, Bəhruz Həsənov, Tofiq Dadaşov, Türkel Əlisoy və Ağaverdi Ruşanova aiddir. Məhkəmə onların hər birinə 12 min avro mənəvi təzminat, hüquqi və digər xərclərə görə isə əlavə 6 min avro ödənilməsi haqqında qərar çıxarıb.

Avropa Məhkəməsi həmçinin "Basta”nın baş redaktoru Mustafa Hacıbəylinin 2 aprel 2011-ci il tarixdəNəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətov vədigər polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı da qərar verib. Qərara görə, Mustafa Hacıbəyliyə mənəvi təzminat olaraq 10 min avro, hüquqi vədigər xərclər üçün isə 3 min avro ödənilməlidir.





Bölməyə aid digər xəbərlər