











Tarix: 25-11-2016 19:12 | Bölmə: Slayd
Bakı şəhəri, Suraxanı rayonunda yerləşən Sovet İttifaqı Qəhrəmanı Əmi Məmmədov adına 101 saylı orta məktəbdə şagird, müəllim və valideynlər arasında kütləvi dava düşüb.
Bu barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən məlumat verilib.
Reyting.az saytı Report-a istinadla xəbər verir ki, kütləvi dava zamanı 5 nəfər xəsarət alıb. Belə ki, məktəbdə dərs zamanı 10 b sinif şagirdi Ramin Zeynalov 11-ci sinif şagirdi İntiqam Abidov tərəfindən sinifdə döyülüb. Hadisə 10 b sinifinin rəhbəri Aynurə Hüseynzadənin sinifdə olduğu vaxt qeydə alınıb.
Məlum olub ki, davaya səbəb 10 b sinif şagirdi R.Zeynalovun sinif yoldaşı Gövhər Yaqubova iləmübahisəsi olub. İ.Abidov isəözünü G.Yaqubovanın sevgilisi kimi qələmə verib. R.Zeynalovun anası Zəminə Zeynalova davadan xəbər tutaraq məktəbə gedib. Onunla G.Yaqubova arasında mübahisədüşüb. G.Yaqubova isəanası Tamara Yaqubovanı, dayısı Orxan Məmmədovu və nənəsi Brilliant Məmmədovanı məktəbə çağırıb. Nəticədə 47 yaşlı Z.Zeynalova döyülərək 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
G.Yaqubovanın dayısı O.Məmmədov isə balta ilə R.Zeynalovun üzərinə hücum çəkib. R.Zeynalov və onun bacısı Təhminə Zeynalova da döyülərək bədən xəsarətləri alıblar. Münaqişənin qarşısını almaq istəyən məktəbin psixoloqu Mətanət Rəhimova və direktor müavini Elnarə Məmmədova da döyülüblər.
31-ci Polis Bölməsinin əməkdaşları məktəbə gedib, müəllim və valideynlərin izahatı alınıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Suraxanı rayonundakı 101 saylı tam orta məktəbdə baş verən kütləvi davaya münasibət bildirib.
İdarədən daxil olan məlumata görə, həmin məktəbdə şagirdlərin anlaşılmazlığı zəminində baş verən mübahisə qurum tərəfindən araşdırılır.
Məlumatda o da qeyd olunub ki, məsələyə aydınlıq gətirildikdən dərhal sonra ictimaiyyətə açıqlama veriləcək.
Bölməyə aid digər xəbərlər