İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar tutulub
Tarix: 26-11-2016 10:23 | Bölmə: Slayd


Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 25 nəfər tutulub.

"Milliyet” qəzetinin məlumatına görə, Türkiyə polisinin Qaziantep, Şanlıurfa və Aydında keçirdiyi əməliyyat nəticəsində tutulanlardan 12-ci Rusiya, 8-i Türkiyə, 2-si Azərbaycan, 2-si Özbəkistan, 1-i isəTacikistan vətəndaşıdır.

Tutulan şəxslərdən silah, hərbi geyim, elektron informasiya daşıyıcısı, bir neçədildəyazılmış vərəqələr və narkotik götürülüb.

Onların hamısında saxta sənədlər olub.

Xüsusi xidmət orqanlarının versiyasına görə, tutulan şəxslər Suriya ərazisinə keçərək İŞİD sıralarına qoşulmağı planlaşdırıblar.(APA)





Bölməyə aid digər xəbərlər