Mədət Quliyev Penitensiar Xidmətdəki kadrına DTX-da vəzifə verib – Təyinat
Tarix: 28-11-2016 12:04 | Bölmə: Slayd


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev kadr islahatını davam etdirir.

Məlumata görə, M.Quliyev bir müddət öncə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi vəzifəsindən öz ərizəsi ilə azad edilən ədliyyə polkovniki Rafiq Ramazanovu DTX-ya gətirib. Bundan sonra R.Ramazanov DTX-da şöbə rəisi kimi fəaliyyətini davam etdirəcək.(Mia.az)


Xatırladaq ki, R.Ramazanov M.Quliyevin kadrlarından hesab olunur. R.Ramazanov M.Quliyevin rəis olduğu dönəmdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi vəzifəsində çalışırdı. Hətta Mədət Quliyevin əmri ilə Penitensiar Xidmətin Baş İdarəsinin rəis müavini vəzifəsinin icrası da Rafiq Ramazanova həvalə edilmişdi.





Bölməyə aid digər xəbərlər