











Tarix: 29-11-2016 12:57 | Bölmə: Slayd
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, Tarif Şurasının qiymətlərlə bağlı qərarı və təşkilatı məsələlər müzakirə olunub.
ALDP Tarif Şurasının qərarı ilə bağlı bəyanat da qəbul edib.
Bəyanatda deyilir ki,Tarif Şurasının dünənki iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının qiymətlərinin bahalaşması əhali arasında haqlı etirazlarla qarşılanıb.
"Respublikamız neft və qaz ölkəsi kimi artıq özünü dünyaya tanıdıb, öz təbii ehtiyatlarını dünya bazarlarına çıxaran, qonşu ölkələrə aşağı qiymətə satan Azərbaycan əhalisinə qazı yüksək qiymətə satır. Bunlara baxmayaraq respublikamızın əksər regionları qazla təmin olunmayıb və bu kimi sosial problemlər vətəndaşların haqlı etirazlarına səbəb olub. Belə ki, maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlər bahalaşacaq. Daha çox təsirə məruz qalan çörəkbişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq”,-deyə bəyanatda bildirilir.
ALDP vətəndaşların haqlı olduğunu bəyan edir, Azərbaycanın bölgələrində qəsəbə və kəndlərin qazla təmin olunmasını və sosial partlayışın qarşısını almaq üçün qiymətlərin aşağı salınmasını, təqaüdlərin və maaşların artırılması ilə yanaşı hökuməti istefaya çağırır.
Bölməyə aid digər xəbərlər