16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
ABŞ prezidentinin iqamətgahı qarşısında kimyəvi silah tətbiq edildi - Foto
Tarix: 03-06-2020 11:49 | Bölmə: Slayd
 ABŞ prezidentinin iqamətgahı qarşısında kimyəvi silah tətbiq edildi

ABŞ-da bir həftədən çoxdur ki, etiraz aksiyaları davam edir. Ölkənin bir çox şəhər və rayonlarında irqçiliyi pisləmək üçün küçələrə çıxan etirazçılara qarşı tətbiq edilən polis zorakılığı nəticəsində qarşıdurmalar yaranıb.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, Vaşinqton və Nyu-York kimi strateji əhəmiyyətli şəhərləri də artıq etirazlar bürüyüb.

Vaşinqtona 1600-dan çox xüsusi qüvvə yeridilib. Küçələrə çıxmaq qadağasına baxmayaraq çoxlu sayda insan meydanlara axışır.

“Vaşinqton Post” qəzetinin müxbiri Rebeka Tan Ağ evin önündə davam edən aksiyalarla bağlı dəhşətli iddialarla çıxış edib. Jurnalist özünün Tvitter hesabında bəyan edib ki, polis Ağ evin qarşısında etirazçıları dağıtmaq üçün bibər qazı və kimyəvi silah tətbiq edib.

 ABŞ prezidentinin iqamətgahı qarşısında kimyəvi silah tətbiq edildi

Küçələri tərk etməyən qruplara polisin kimyəvi vasitələrlə müdaxilə etdiyini bildirən jurnalist yaır ki, saat 12:30-da barışcıl etirazların sonunda Ağ ev qarşısındakı təhlükəsizlik qüvvələri bibər qazı və kimyəvi silahdan atəş açıb:

“Təkrar edirəm, insanlar öskürür, fəryad edir və ağlayır”.

Vaşinqtonda baş verənləri izləyən CNN müxbiri Aleks Marquard Ağ ev yaxınlığındakı 300-ə qədər etirazçının polisin müqavimətini qırdığını, sonradan polisin etirazçılara qarşı bibər qazı və səsli bombalarla müdaxilə etdiyini açıqlayıb.

Bu arada bəlli olub ki, Nyu-Yorkda küçələrə çıxmamaq qadağasına əməl etməyən insanların həbsinə başlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}