











Tarix: 30-11-2016 16:11 | Bölmə: Slayd
Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsinin verilməsindən sonra Azərbaycanda bir sıra istehsal məhsulları, xüsusən də çörək və unun bahalaşacağı xəbəri yayıldı.
Reyting.az-ın xəbərinə görə, unikal.org-un apardığı araşdırma zamanı məlum olub ki, son üç gündə Azərbaycanda 50 kiloqramlıq unun qiymətində ən azı 60 qəpik bahalaşma qeydə alınıb.
Bakıda fəaliyyət göstərən təndirxananın sahibi bildirib ki, "Fatoğlu”nun 50 kiloqramlıq un kisəsini hər gün 20 qəpik artımla alırlar. Əvvələr 25 manat 40 qəpiyə aldıqları unun kisəsini hazırda 26 manatdır: "Allah sabahdan vənövbəti günlərdən qorusun. Bizim də çörəyimiz bu çörəkdən çxır”.
Sahibkar aldığı unun qaimələrini də təqdim edib.
Ölkənin ən iri un istehsalçılarından olan "Karat Holding"in baş direktoru Taleh Qasımov isə rəhbərlik etdiyi şirkətdə istehsal olunan unun qiymətinin bahalaşdığını təsdiqləyib. O, bunu elektirik enerjisi və təbii qazın yeni qiyməti ilə deyil, buğdanın dünya bazarında bahalaşması ilə əlaqələndirib: "Unun qiyməti bir qədər bahalaşıb. Bu, dünya bazarında buğdanın qiymətinin bahalaşması ilə bağlıdır. 4 gün əvvəl 50 kiloqramlıq unun qiyməti 22 manat 90 qəpik idisə, hazırda 23 manat 70 qəpiyə satılır”.
Xatırladaq ki, 15 yanvar 2016-ci ildə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı bu gündən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub.
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisəunun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.
Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılması barədə qərar qəbul edilib.
"Karat Holding"in baş direktoru Taleh Qasımov isə bildirmişdi ki, prezidentin tətbiq etdiyi güzəştlərlə əlaqədar dəyirmanlarda 50 kiloqramlıq 1 kisə unun qiyməti 22 manata endiriblər.
Bölməyə aid digər xəbərlər