Kəskin istilər başlayacaq - Foto
Tarix: 07-06-2020 17:57 | Bölmə: Slayd
Kəskin istilər başlayacaq

Bu il dünyada yay fəslinin daha isti keçəcəyi gözlənilir. Bununla bağlı Ümumdünya Hidrometerologiya Xidməti də məlumat yayıb.

Reyting.az
xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Modern.az-a deyib ki, qlobal iqlim dəyişmələri fonunda nəinki Azərbaycanda, eləcə də, bütün dünyada yay fəslində isti hava dalğalarının intensivliyi artmaqdadır: “Hər il müəyyən aylarda istilərlə bağlı rekord göstəricilərlə rastlaşırıq. Hər ay yay mövsümü öncəsi mətbuatda belə yazılarla rastlaşırıq. “Son 10 ilin, yaxud da, 20 ilin isti yayı gözlənilir”.

Kəskin istilər başlayacaq
U. Tağıyeva

Xidmət rəisi Azərbaycanla müqayisədə Avropa ölkələri üçün normal sayılmayan temperaturun olmasından da söz açıb:

“Ümumdünya Hidrometerologiya Xidməti şimal yarımkürəsi üçün isti hava proqnozalaşdırsa da, bu o demək deyil ki, bütün şimal bölgəsinə aiddir. Məsələn, son illərdə iyun ayında ölkəmizdə kəskin istilər müşahidə olunmur. Bəzi Şimali Avropa ölkələrində havanın temteraturu 30 dərəcədən çoxdursa, bu, onlar üçün yüksək göstəricidir. Çünki hər bir ölkə üçün səciyyəvi iqlim şəraiti mövcuddur. Azərbaycanda isə temteraturun 30 dərəcədən yuxarı olması səciyyəvidir. Yəni, biz bu temteratur rejiminə öyrəşmişik”.

U. Tağıyeva qeyd edib ki, bizi qarşıda isti dövr gözləyir: “İyul, avqust ayında havaların kəskin isti olacağı istisna olunmur. Əgər keçmişdə bu proseslər 1-2 gün davam edirdisə, indi isti hava dalğaları bir həftəyədək uzanır. Bu da insanların sağlamlığı üçün müəyyən risklərlə nəticələnir. Belə olduğu üçün də hidrometeoroloji təminatın və bizim sahənin əhəmiyyəti artır. Nəinki Azərbaycanda, bütün dünyada bu proseslər ciddi müşahidə olunur".




Bölməyə aid digər xəbərlər