











Tarix: 02-12-2016 14:32 | Bölmə: Slayd
Bir müddətdir Gəncədə yerləşən "İmamzadə” ziyarətgahının mütəvəllisi və Şeyxin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbaszadə ilə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev arasında yaşanan gərginlik haqqında media yazılar yazır, xəbərlər verirlər. Uzun müddətdir Hacı Tahir Abbaszadə mediadan yayınır və ona yönəldilən suallara cavab verəcəyini desə də, təəssüf ki, bunu hələ etməyib.
Reyting.az-ın xəbərinə görə, xeyli cəhddən sonra xural.com Hacı Tahirdən qısa müsahibə ala bilib. Hacı Tahir Gəncədə baş verən builki Aşura tədbirindən danışsa da, Gəncənin başçısı ilə arasında olan gərginlikdən sz açmayıb.
Hacı Tahir deyib ki, mən heç bir şey etməmişəm, İmam Hüseyndən və prezident İlham Əliyevdən danışmışam. Görünən odur ki, Elmar Vəliyevin işi çətindir. O, bu suala cavab verməlidir, bütpərəst sözünü kimə deyib – İmam Hüseynə, yoxsa İlham Əliyevə?!
Amma maraqlıdır ki, Hacı Tahir müsahibəsinin sonunda anons xarakterli bir cümlə işlədib və yaxın günlərdə daha geniş müsahibə verəcəyini bildirib. Bu, onu göstərir ki, Hacı Tahirlə Elmar Vəliyevin arasında baş verən konflikt hələ yekunlaşmayıb, əksinə, davam edir.
Məlumata görə, Hacı Tahir Şeyx Allahşükür Paşazadənin vəölkənin ali rəhbərliyinin reaksiyasını və məsələyə müdaxiləsini gözləyir. O, bu reaksiyalara görə cəmiyyətə müraciət etməyi planlaşdırır.
Bölməyə aid digər xəbərlər