Vergilər Nazirliyində kadr dəyişikliyi edilib - Təyinat
Tarix: 05-12-2016 12:00 | Bölmə: Slayd


Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib.

Vergilər Nazirliyindən verilən məlumata görə, Mahir Rəfiyev bundan sonra nazirin müşaviri vəzifəsini icra edəcək. Bununla vergilər nazirinin müşavirlərinin sayı 10-a çatıb.

Qeyd edək ki, M.Rəfiyev buna qədər nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi olub. Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsinin icrası isə nazirin digər müşaviri Ələkbər Məmmədova tapşırılıb.





Bölməyə aid digər xəbərlər