











Tarix: 05-12-2016 12:38 | Bölmə: Slayd
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə əlavələr müzakirə edilib.
Məcəlləyə əlavə edilən 322.0.8 maddəsinə görə, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənarda sifariş qəbul etmək məqsədi ilə durması qadağan edilir və buna görə 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Eyni zamanda lisenziyalar və icazələr haqqında qanunvericiliyin pozulmasına görədə cəzalar sərtləşdirilir.
Reyting.az Modern.az-a istinadla xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq Siyasətİ və Dövlət Quruculuğu Komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə Maddə 602-1 (Lisenziyalar və icazələr haqqında qanunvericiliyin pozulması) maddəsininəlavə edilməsi təklif olunub.
layihəyə əsasən, "Lisenziyalar və icazələr haqqında” Qanunda nəzərdə tutulmuş məlumatların həmin qanunla müəyyən edilmiş müddətdə və qaydada pozulması məsuliyyət yaradır.
Belə ki, lisenziya və icazə verən orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına, səlahiyyətli orqana və lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına verilməməsinə görə vəzifəli şəxslər 5 yüz manatdan 1000 manatadək cərimə ediləcəklər. Sahibkarın müraciəti əsasında lisenziya və icazə verən orqan tərəfindən səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verilməməsinə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki yardım göstərilməməsinə görə vəzifəli şəxslərin 5 yüz manatdan 1000 manatadək cərimə edilməsi nəzərdə tutulur.
Dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyesterlər və digər informasiya resusrsları) istifadə etməkləəldə edilməsi mümkün olan sənədlərin lisenziya və icazə verən orqan tərəfindən ərizəçidən tələb olunmasına görə vəzifəli şəxslər 1000 manatdan 500 manatdək məbləğdə cərimə edilir.
Lisenziya və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi üçün qanunvericiliyə uyğun olaraq, aidiyyatı dövlət orqan və müəssisələrinin tələb olunan rəyinin və verməli olduqları sənədlərin alınması üçün lisenziya və icazə verə orqan tərəfindən tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək cərimə ediləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bölməyə aid digər xəbərlər