KİVDF ilə bağlı yoxlama materialları Baş Prokurorluğa göndərildi: Vüqar Səfərli həbs təhlükəsi ilə üzləşib
Tarix: 10-06-2020 11:40 | Bölmə: Slayd
KİVDF ilə bağlı yoxlama materialları Baş Prokurorluğa göndərildi: Vüqar Səfərli həbs təhlükəsi ilə üzləşib

Hesablama Palatasının kollegiyası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri barədə Auditor hesabatını müzakirə edib.

Palatadan Reyting.az verilən məlumata görə, auditlə vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə aşkar edilmiş nöqsanlarla bağlı materialların "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

Onu da qeyd edək ki, aparılan yoxlamalar Vüqar Səfərlinin icraçı direktor işlədiyi dövrü əhatə edir.




Bölməyə aid digər xəbərlər