Rusiyaya qarşı sərt sanksiya layihəsi hazırlanıb
Tarix: 10-06-2020 19:38 | Bölmə: Slayd
Rusiyaya qarşı sərt sanksiya layihəsi hazırlanıb

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar xarici təhdidlərə qarşı mübarizəyə dair hesabatda Rusiyanı terrorizmin sponsorları siyahısına daxil etməyi təklif ediblər.

Reyting.az
“Washington Examiner”-ə istinadla xəbər verir ki, respublikaçılar Kremlə qarşı yeni və sərt sanksiyaların tətbiqini istəyirlər.

"Liviyadan Suriyaya, İrana, Ukraynaya, İngiltərədəki Salisburyə, Aralıq dənizindən Cənubi Çin dənizinə qədər Rusiya Amerika maraqlarına ziyan vurur və demokratik beynəlxalq nizama xələl gətirir", - deyə onların hazırladığı sənəddə bildirilir.

"Amerikanın Gücləndirilməsi və Qlobal Təhdidlərə Qarşı Mübarizə" adlı məruzədə, Nümayəndələr Palatasında mühafizəkar Respublikaçılar Partiyasının Çin, Rusiya və İrandan gələn təhdidlərə qarşı bir sıra tədbirlər təklif edəcəklər.

Söhbət Konqres tərəfindən indiyə qədər təklif olunan ən sərt sanksiyalar paketinin tətbiqindən gedir.

Beləliklə, sənəddə göstərilir ki, Rusiya, İslam İnqilabı Keşikçilər Korpusu, Livan “Hizbullah” hərəkatı, “Taliban” radikal qruplaşması və s. görə terrorizmə dəstək verən dövlət hesab edilsin.

Hesabatda Gürcüstanın müdafiə qabiliyyətini gücləndirməyə və ABŞ-ın Tiflisin bu ölkədə demokratik qanunun aliliyinin inkişaf etdirilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməsinə, həmçinin Ukraynada təhlükəsizliyin təşviqi üçün yeni təşəbbüslər yer alıb.

Rusiyaya təsir etmək üçün maliyyə və iqtisadi tədbirlərə gəlincə, respublikaçılar, xüsusi neft və qaz layihələrini dəstəkləyən şirkətlərə ikinci dərəcəli sanksiyalar tətbiq etməyi və ABŞ Xəzinədarlığından “Vneşekonombank”ın sanksiya siyahısına daxil edilməsini tələb edirlər.

Sənəd, eyni zamanda, Maliyyə Nazirliyi Rusiyanı ödəmə sistemindən ayıranadək Dünya Banklararası Maliyyə Rabitə Kanalları (SWIFT) vasitəsilə sanksiyalar hazırlamağa çağırır.

Hesabatın sabah yayımlanacağı gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər