İran və Türkiyədən birgə əməliyyat: Qəndil bölgəsi bombalandı
Tarix: 16-06-2020 17:34 | Bölmə: Slayd
İran və Türkiyədən birgə əməliyyat: Qəndil bölgəsi bombalandı

Türkiyə təyyarələri və İran artilleriyası Qəndil bölgəsini bombalayıb.

Reyting.az
“Rudaw”-a istinadla xəbər verir ki, İranın Sərhəd Mühafizə Xidmətinə məxsus artilleriya İraq Kürdüstanının Hacı Omeran şəhərinin kənd yerlərini atəşə tutub.

Eyni bölgə Türkiyə Silahlı Qüvvələri (TSK) tərəfindən də vurulub.

Saat 09: 00-da başlayan bombardman nəticəsində ölənlərin olmadığı bildirilir.

İran artilleriyasının Kani Reş və Kende Şin bölgələrini də bombaladığına dair məlumat var.

Qəndilə yaxın bölgədə PKK ilə yanaşı, peşmərgələr də var.

Reyting.az




Bölməyə aid digər xəbərlər