Çində koronavirusun daha təhlükəli dalğası başlayıb: 29 bölgə karantinə alınıb
Tarix: 17-06-2020 12:06 | Bölmə: Slayd
Çində koronavirusun daha təhlükəli dalğası başlayıb: 29 bölgə karantinə alınıb

Çinin paytaxtı Pekində koronavirusun yeni dalğası başlayıb. Virusa yoluxanların sayı 109 nəfərə çatdıqdan sonra Pekin şəhərinin 29 bölgəsi karantinə alınıb.

Reyting.a
z xatırladır ki, Pekində virusun mərkəzi kimi topdansatış bazarlarından biri göstərilir.

Artıq Pekin rəhbərliyi topdansatış və göyərti bazarını, habelə kafe və restoranları araşdırmağa başlayıb.

Yerli hökumət COVİD-19-a yoluxma riski yüksək olan insanların Pekini tərk etməməsi, yerli hökumətə dərhal məlumat verilməsini istəyib.

Bazar ertəsindən bu yana avtomobillərin Pekini tərk etməsi də qadağan olunub.

Çinin bir sıra şəhərləri isə öz sakinlərini Pekinə getməməyə çağırıb.

İlkin araşdırmalara görə, Pekində təsbit olunan virusun Avropadan idxal edildiyi görünür.

Çin Xəstəliklərə Nəzarət Mərkəzinin baş epidemiloq Vu Znoy virusa nəzarətin ən ağır vəzifə olduğunu bildirib.

Həkim əlavə edib ki, infeksiyanın nə qədər yayılmasını müəyyən etmək fövəqladə işdir: “Virus Pekin mərkəzli deyil. Amma bunun necə idxal olunduğunu müəyyən edə bilməmişik”.

Mütəxəssis qeyd edib ki, koronavirusa yoluxan insanlarda simptomlar özünü 3 gün müddətində göstərməyə başlayacaq: “Bu səbəbdən də önümüzdə olan 3 gün Pekində virusu dayandırmaq üçün kritikdir”.

Vuhan Universitetinin bölmə rəhbəri Yanq Zhanq Pekində tapılan virusun son dərəcə yoluxucu, Vuhanda tapılandan daha sürətli keçicilik qabiliyyətinin olduğunu bildirib. Onun sözlərinə görə, 4 gündə 79 virusun ortaya çıxması da bunu göstərir.

Pekin Xəstəliklərə Nəzarət Mərkəzinin araşdırmaçı-mütəxəssisi isə bildirib ki, topdansatış bazarında müəyyən edilən virusuna genotipi Avropa mənşəlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər