Türkiyə veto qoyub: NATO-nun müdafiə planı təhlükədədir - Foto
Tarix: 17-06-2020 18:13 | Bölmə: Slayd
Türkiyə veto qoyub: NATO-nun müdafiə planı təhlükədədir

“NATO liderlərinin dekabr ayında Londonda qəbul etdikləri qərarı Türkiyə qəbul etmək istəmir. Türkiyə NATO-nun Polşa və Baltik ölkələri üçün müdafiə planına səs versə də, onun tətbiqinə mane olur. Rəsmi Ankara planı qəbul etmək üçün “YPG” şərtini masaya qoyur. Amma NATO Türkiyənin irəli sürdüyü bu şərti hələlik qəbul etmir”.

Reyting.az
xəbər verir ki, bunu adının çəkilməsini istəməyən diplomat “Röyter” agentliyinə deyib.

Xatırladaq ki, dekabr ayında rəsmi Ankara Türkiyənin Suriyanın şimalında terror təşkilatı PKK/YPG-yə qarşı apardığı mübarizədə NATO-dan yetərli siyasi dəstək almadığına görə hərbi alyansın Polşa və Baltik dövlətləri ilə bağlı müdafiə planına veto qoymuşdu.

Uzun müzakirələrin nəticəsi olaraq Türkiyə Baltik ölkələri ilə bağlı müdafiə planını qəbul etdiyini açıqlamışdı.

Türkiyə veto qoyub: NATO-nun müdafiə planı təhlükədədir

Ancaq bu gün “Röyter”ə danışan NATO-nun üç diplomatı Türkiyə ilə bağlı yeni iddialar səsləndirib.

Fransa Müdafiə Nazirliyinin rəsmisi isə bildirib ki, Türkiyə NATO-nun Polşa və Baltik ölkələri ilə bağlı müdafiə planına mane olmaqda davam edir: “Baxmayaraq ki, Türkiyə prezidenti Ərdoğanın NATO liderləri ilə Londonda görüşü zamanı bu mövzuda anlaşma əldə edilmişdi”.

Diplomatlar Ankaranın “Müdafiə Qartalı” adlı planı təsdiq etməsinə baxmayaraq NATO-nun hərbi həmlə etməsinə əngəl olduğunu deyiblər: “Türkiyə PYD/PKK-nın terrorçu təşkilat olaraq tanınmaması səbəbindən bu planı qəbul etməyəcəyini söylədi. Biz də bunun uyğun olmadığını və bu planın əngəlləməsinin qəbuledilməz olduğunu dedik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər