Hərbi xidmətə çağırılanlarda koronavirus aşkarlanıb
Tarix: 21-06-2020 23:52 | Bölmə: Slayd
Hərbi xidmətə çağırılanlarda koronavirus aşkarlanıb

“Azərbaycan Ordusunun şəxsi heyət gün ərzində 3 dəfə termometriya edilir. Eyni zamanda bizim laboratoriyalarımız var və analizləri də özümüz aparırıq. Bu məsələdə bizə Dövlət Təhlükəsizliyi Xidməti böyük dəstək oldu”.

Reyting.az
xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov "Real" televiziyasına müsahibəsində deyib.

Zakir Həsənov bildirib ki, Ali Baş Komandan orduda gedən prosesləri ciddi nəzarətdə saxlayır: “Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyeva da orduda gedən məsələləri ciddi nəzarətdə saxlayır, göstərişlər verir, dəstək olur. Pandemiya ilə mübarizədə də belədir”.

Nazir diqqətə çatdırıb ki, şəxsi heyət arasında görülən tədbirlər nəticəsində xəstələnmə faktı olmasa da, karantin tədbirləri yumşalandan sonra gediş-gəliş başlayıb və hərbi xidmətə çağırış həyata keçirilib. Z. Həsənov deyib ki, çağırışçılar arasında bir-iki yoluxms faktı qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}