Milli Məclisin sabaha nəzərdə tutulan iclası təxirə salınıb - Koronavirusa görə
Tarix: 22-06-2020 11:15 | Bölmə: Slayd
Milli Məclisin sabaha nəzərdə tutulan iclası təxirə salınıb - Koronavirusa görə

“COVID-19” pandemiyası ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq Milli Məclisin sabaha nəzərdə tutulan iclası təxirə salınıb.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iyunun 21-də gün ərzində Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları iyunun 23-də bəlli olacaq.

Bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar plenar iclasının tarixi dəyişdirilib.

Plenar iclasın yeni tarixi ilə bağlı məlumat veriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}