Məmurların həbsi ilə bağlı məlumat yayıldı
Tarix: 22-06-2020 11:49 | Bölmə: Slayd
Məmurların həbsi ilə bağlı məlumat yayıldı

Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron rayonunda əməliyyat keçirib.

Reyting.az
Unikal.org-a istinadla xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyev, həmin idarənin Tural adlı əməkdaşı və 2 saylı Mənzil İstismar Sahəsinin rəisi Murad həbs olunub.

Baş Prokurorluqdan Reyting.az-a bildirilib ki, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək:

“Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılmışdır.

Bildiririk ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur.

Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}