16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Deputat: “Vergi və gömrük rüsumları aşağı salınmalıdır”
Tarix: 22-06-2020 13:53 | Bölmə: Slayd
Deputat: “Vergi və gömrük rüsumları aşağı salınmalıdır”

“Mən əvvəllər də söyləmişdim, əhəmiyyətli miqyasda dövlət müəssisələri özəlləşdirilməyə çıxarılmalı, bəziləri isə uzunmüddətli idarəetməyə verilməlidir. Dövlət bizneslə məşğul olmamalı, iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır”.

Reyting.az
xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, tikinti sektorunu canlandırmaq üçün bu sahədə və maliyyə-bank sektorunda islahatlar aparılmalıdır. Vergi və gömrük rüsumları xeyli aşağı salınmalıdır.

Q. Həsənquliyev güclü məhkəmə sisteminin yaradılmasının vacibliyini də qeyd edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}