Heydər Əliyev Fondu şəhid qardaşının müalicə xərclərini öz üzərinə götürdü - Foto
Tarix: 22-06-2020 15:45 | Bölmə: Slayd
Heydər Əliyev Fondu şəhid qardaşının müalicə xərclərini öz üzərinə götürdü

Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva şəhid polkovnik Səməd Abbasovun ailə üzvlərinin müraciətinə dərhal reaksiya verib.

Şəhidin ailə üzvləri Reyting.az-a bildiriblər ki, Birinci-vitse prezidentin göstərişi ilə Heydər Əliyev Fondunun nümayəndələri şəhid Səməd Abbasovun qardaşı, ağır cərrahi əməliyyatdan sonra hazırda reanimasiyada olan Məzahir Abbasovun səhhəti ilə dərhal maraqlanıb, onun müalicə xərclərinin adıçəkilən Fond tərəfindən ödəniləcəyini bildiriblər.

Heydər Əliyev Fondu şəhid qardaşının müalicə xərclərini öz üzərinə götürdü
Şəhid S. Abbasov

Şəhidin ailə üzvləri göstərilən bu diqqət və qayğıya görə həm Azərbaycan Respublikasının Prezidentinə, həm Birinci vitse-prezidentə, həm də Heydər Əliyev Fondunun nümayəndələrinə öz minnətdarlıqlarını bildiriblər:

“Dərhal verilən bu reaksiyaya, şəhidin ailə üzvünə göstərilən bu diqqətə görə başda cənab Prezident və Birinci vitse-prezident olmaqla Heydər Əliyev Fondunun nümayəndələrinə sonsuz təşəkkürümüzü bildiririk. Mehriban xanım çox sağ olsun, göstərdiyi bu diqqət bizdə ağır xəstəlikdən əziyyət çəkən ailə üzvümüzün tezliklə sağalacağına inam yaradıb”.

Şəhidin xanımı deyib ki, Mehriban Əliyevanın bu diqqət və qayğısını sevinc göz yaşları ilə qarşılayıblar, ona və ailə üzvlərinə sonsuz təşəkkürlərini çatdırır, onlar üçün Uca Yaradana dualar edirlər.

Qeyd edək ki, 2018-ci ildə Gəncə şəhərindəki iyul hadisələri zamanı şəhid olmuş polis polkovnik-leytenantı Səməd Abbasovun ailəsi dünən Reyting.az vasitəsilə Mehriban Əliyevaya müraciət edərək, vaxtilə Səməd Abbasovun himayəsində olmuş qardaşı, uzun müddətdir epilepsiyadan və digər ağır xəstəliklərdən əziyyət çəkən Məzahir Abbasovun müalicəsi üçün ondan kömək istəmişdilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}