İki ölkə arasında müharibə həyəcanı - Tankları sərhəddə toplayırlar - Foto
Tarix: 23-06-2020 13:59 | Bölmə: Slayd
İki ölkə arasında müharibə həyəcanı - Tankları sərhəddə toplayırlar

Beynəlxalq ictimaiyyətin diqqəti yenidən dünyanın həssas ölkələrindən sayılan Şimali Koreya ilə Cənubi Koreya sərhəddinə yönəlib.

Reyting.az
xəbər verir ki, dünyanın ən gərgin nöqtəsi sayılan adıçəkilən bu ölkələrdə səhər saatlarında onlarla tank gerçək mərmilərlə atəş açmağa başlayıb.

Məlumata görə, bu gün səhər saatlarında Cənubi Koreya ordusu Şimali Koreya ilə sərhəddə yerləşən Pajuda genişmiqyaslı hərbi təlimlərə start verib. Silahsızlaşdırılan bölgənin yanında keçirilən təlimlərdə əsl gülələrdən istifadə edilib.

Şimali Koreya isə buna gözlənilməz həmlə ilə cavab verib. Pxenyan silahsızlaşdırılan bölgə elan olunan ərazidə hərbi baxımdan fəallaşıb. Beləcə, hər iki ölkənin ordusu sərhəddə üz-üzə dayanmalı olub.

İki ölkə arasında müharibə həyəcanı - Tankları sərhəddə toplayırlar

Şimali Koreyadan Cənubi Koreyaya qaçanlar isə Pxenyanı əsəbləşdirən addım atıblar. Onlar böyük şarları sərhəddə havaya qaldırıblar. Şarlarda Şimali Koreya diktatoru Kim Çin İnn və bacısı Kim Yo Çjonun fotoları olub.

AFR agentliyi qeyd edir ki, Cənubi Koreyadan buraxılan şarlar gecə yarısı Şimali Koreya ərazilərinə keçib.

Qeyd edək ki, Şimali və Cənubi Koreyanın atəşkəs sazişi olsa da, bu ölkələr arasında son həftələr gərginlik yenidən artıb.

Bundan əvvəl Şimali Koreya iki ölkə arasında “səfirlik” statusunu həyata keçirən binanı darmadağın edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}