16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
100 milyon avroluq korrupsiya qalmaqalı Kralı bitirdi
Tarix: 23-06-2020 14:24 | Bölmə: Slayd
 100 milyon avroluq korrupsiya qalmaqalı Kralı bitirdi

İspaniya Kral ailəsinin üzvü, Məkkə-Mədinə arasında sürətli qatar projesindən rüşvət almaqda ittiham olunan keçmiş Kral Juan Karlosun dövlətdən aldığı maaş kəsilib.

Reyting.az
xəbər verir ki, parlament üsul-idarəsi ilə idarə olunan İspaniyada ard-arda 4 korrupsiya qalmaqalı ilə etimadı itirən Kral Juan Karlosa artıq dövlət büdcəsindən ödənişlər edilmir.

Kral VI Filippin atası Juan Karlosun martın 15-də aldığı rədd, miras və maaş kəsintisi qərarı dərhal icra edilib. Kral Karlosun ilin sonuna qədər dövlət büdcəsindən almalı olduğu 161 min 36 avroluq maaş artıq ləğv olunub.

Kral taxtını 2014-cü ildə oğlu Flippə həvalə edən 82 yaşlı Karlos kral ünvanını qorumağa davam edir. Qeyd edək ki, Kral Karlos bu müddətə qədər dövlət büdcəsindən illik 200 min avro maaş alıb.

Kral Karlos 2012-ci ildə İspaniya tərəfindən qazanılan Məkkə-Mədinə arasında sürətli qatar projesindən 100 milyon avro rüşvət almaqda ittiham olunur.

Kral aldığı komissiyanın 65 milyon dollarını dostu Korinna zu-Sayn-Vitqenstenə bağışladığını, bunun Panama dərnəkləri vasitəsilə İsveçrə banklarındakı bir hesaba gödərdiyini iddia edir. Bunun ardınca Kral haqqında əvvəl İsveçrə, daha sonra İspaniya hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar.

Onu da qeyd edək ki, son illər İspaniya Kraliyyət ailəsi haqqında belə faktlar mütəmadi olaraq yayılır. Kral VI Flippin əmisi oğlu İnaki Urdanqarin vergi qaçaqmalçılığı, maliyyə ittihamları ilə 5 il 10 ay həbs edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}