Cənubi Qafqazda dron müharibəsi güclənir
Tarix: 24-06-2020 21:28 | Bölmə: Slayd
Cənubi Qafqazda dron müharibəsi güclənir

“Casusluq və zərbə vurmaq üçün dronlardan istifadə Qafqazda yeni sürət qazanır”.

Reyting.az
“Forbes”-ə istinadla xəbər verir ki, Ermənistan və Azərbaycan arasında münaqişədə pilotsuz uçan aparatların (PUA) istifadəsi ABŞ nəşrinin diqqətini cəlb edib.

2016-cı ilin aprel döyüşlərində PUA-ların geniş istifadəsini qabardan “Forbes” müəllifi yazır ki, “2016-cı ilin eskalasiyası zamanı İsrail tərəfindən azərbaycanlılara yeni silah növü – “Harop” verilib. “Harop”lar artilleriya, hava hücumundan müdafiə sistemi və erməni qoşunlarının yük maşını da daxil olmaqla, bir çox hədəfi uğurla məhv edib”.

“İsrail hakimiyyəti “Aeronavtika” şirkətinə 2 illik qadağa qoyub. Lakin qadağanın müddəti 2019-cu ildə başa çatdıqda, şirkət dərhal Azərbaycana dron satmaq üçün 13 milyon dollarlıq sövdələşmə əldə edib. Uzun müddətdə azərbaycanlıların özləri “Orbiter”-in lisenziyalı bir nüsxəsini hazırlayıblar. 2019-cu ildə azərbaycanlılar “SkyStriker” dronlarının bir dəstini də İsraildən alıblar. Yerli istehsal da artır. 2018-ci ildən Azərbaycan şirkəti üç fərqli ölçüdə kamikaze PUA istehsal etdiyini açıqlayıb”.

Ermənistana gəlincə, 2011-ci ildən “Krunk-9” və “Krunk-11”-i istehsal edir. Hətta Qarabağdakı separatçı rejimin də hərbi dronlar üzrə sənayesi var.

Məqalədə qeyd olunur ki, “Artsax Müdafiə Nazirliyi (separatçı rejim – red.) yaxın bir neçə ayda planlaşdırılan kütləvi istehsal ilə yeni dronun uğurla sınaqdan keçirdiyini açıqlayıb. Hətta kamikadze pilotsuz təyyarəsinin hədəfə dəydiyini və silahın "texniki xüsusiyyətlərinə görə aparıcı ölkələrin hazırladığı oxşar cihazlardan aşağı olmadığını" əks etdirən bir video yayımlayıb”.

"Bu tendensiya sürətlənəcək, artıq Ukrayna, Estoniya, Belarus, Ermənistan, Azərbaycan və Qazaxıstan yerli olaraq pilotsuz sistem istehsal etmək niyyətini açıqlayıb". Bunu Vaşinqtondakı Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin analitiki Samuel Bendett bildirib. "Qafqazda PUA-lar əldə etmək istəyi arta bilər".

“Forbes” müəllifi yazır ki, “AZDynamics” kimi şirkətlər (Azərbaycan) pilotsuz texnologiya ixrac etməyə çalışırlar. “Nə qədər çox yayılsalar, hər kəsin belə silahlara sahib olması bir o qədər asan olar. Qafqazdakı dron müharibəsi qısa müddətdə arxa bağçanızda dron döyüşünə çevrilə bilər”.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}