17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rusiya təyyarələri digər ölkəyə muzdlu döyüşçülər və silah-sursat daşıyır
Tarix: 27-06-2020 11:41 | Bölmə: Slayd
Rusiya təyyarələri digər ölkəyə muzdlu döyüşçülər və silah-sursat daşıyır

Rusiyaya məxsus “Antanov” və “İlyukin” yük təyyarələri Liviyanın Sirtdə yerləşən Əl-Gridabiyyə hərbi hava bazasına ən azı 11 eniş edib.

Reyting.az
xəbər verir ki, bunu Liviya ordusunun sözçülərindən general Əbdülxalid Dirah deyib.

Qeyd edək ki, general Dirah eyni zamanda Sirt və Cufra birgə əməliyyat qərargahında əsas fiqurlardan sayılır.

Rusiya təyyarələri digər ölkəyə muzdlu döyüşçülər və silah-sursat daşıyır

General deyib ki, karqo təyyarələri vasitəsilə Liviyaya muzdlu suriyalı döyüşçülər, 6 ədəd rus istehsalı olan “Pantsir” hava hücumundan müdafiə sistemləri, habelə silah-sursat daşıyıblar.

Xatırladaq ki, Sirtə-Cufra hərbi hava bazası və ətrafındakı bölgələri qiyamçı general Haftardan geri almaq üçün iyunun 6-dan “Zəfər yolları” əməliyyatı başlayıb.

Onu da qeyd edək ki, buna qədər Türk istehsalı olan Pilotsuz Uçuş Aparatları (PUA) Liviyada Rusiya istehsalı olan bir neçə “Pantsir” sistemlərini məhv edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}