16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Putinin 2036-cı il planı - Politoloq şərh edir - Foto
Tarix: 02-07-2020 17:08 | Bölmə: Slayd
Putinin 2036-cı il planı - Politoloq şərh edir

“Bir sıra çətinliklərə və problemlərə baxmayaraq hazırda Vladimir Putinin Rusiyada reytinqi yüksəkdir. Təbii ki, Putin bu reallıqdan öz maraqlarına uyğun formada istifadə etmək qərarına gəldi.

İkincisi, Rusiya unikal dövlətdir. Dövlət 89 subyektdən ibarətdir. Orada müsəlman, xristian, kotolik, buddistlər və digər dinin nümayəndələri yaşayır. Görünür Putinin fikri belədir ki, vəziyyət hələlik stabildir, amma yaranmış vəziyyətdən də istifadə edib möhkəmlənmək lazımdır”.

Bu sözləri Reyting.az-a açıqlamasında politoloq Fikrət Sadıqov “Putin prezidentlik müddətinin başa çatmasına 4 il qalmış niyə referendum səsverməsinə getdi”,- sualına cavabında deyib.

Putinin 2036-cı il planı - Politoloq şərh edir
F. Sadıqov

Politoloq əlavə edib ki, Rusiyada Vladimir Putinə qarşı müəyyən siyasi qüvvələr dayanır və bu qüvvələrin hərəkətə gəlməsi nümayiş etdirilir: “Rusiyada korrupsiyaya qarşı çıxış edənlər var, Kremlin siyasətinin tənqidçiləri isə çoxalıb. Nəhayət unutmaq olmaz ki, Rusiya Qərbin tətbiq etdiyi sanksiyaların altındadır. Və bu sanksiyalar getdikcə güclənir, Rusiyaya müəyyən təsirlər göstərir. Putin anlayır ki, onun hakimiyyəti daha güclü olmasa, hər şeyə nəzarəti nümayiş etdirilməsə hökumətin zəifləməsi müşahidə ediləcək. Odur ki, Putin həm daxili, həm də xarici amilləri nəzərə alaraq hakimiyyəti möhkəmləndirir. Beləcə, bütün qüvvələrə mesaj göndərilir ki, hakimiyyət güclüdür, davamlıdır, stabildir və hakimiyyət ona qarşı bütün risklərə cavab verməyə hazırdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}