DTX nazirlik əməkdaşlarına qarşı əməliyyat keçirir
Tarix: 03-07-2020 13:18 | Bölmə: Slayd
DTX nazirlik əməkdaşlarına qarşı əməliyyat keçirir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxsləri öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}