Karantin qaydalarını pozan 4 nəfər həbs edilib, 2294 nəfər cərimələnib
Tarix: 06-07-2020 11:06 | Bölmə: Slayd
Karantin qaydalarını pozan 4 nəfər həbs edilib, 2294 nəfər cərimələnib

Polis əməkdaşları koronavirusla mübarizə çərçivəsində xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə inzibati tənbeh tədbirləri tətbiq ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyulun 5-də keçirilən nəzarət tədbirləri ilə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 11 iaşə obyektinin fəaliyyət göstərdiyi aşkarlanıb. Həmin obyekt sahiblərinin 1-i inzibati həbs, 10 nəfər isə inzibati cərimə edilib.

Ümumilikdə ötən gün ərzində respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati həbs edilib, 2294 nəfər inzibati cərimə olunub ki, onlardan da 548 nəfəri tibbi maskadan istifadə etməyənlərdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}