Komandandan xəbərdarlıq: “Rusiya Ukraynaya hücuma hazırlaşır” - Foto
Tarix: 06-07-2020 14:04 | Bölmə: Slayd
Komandandan xəbərdarlıq: “Rusiya Ukraynaya hücuma hazırlaşır”

Rusiya yaxın zamanlarda Krım yarımadasından Ukraynanın Herson məntəqəsinə hücum edə bilər.

Reyting.az
xəbər verir ki, bu ehtimalı Ukrayna Dəniz Qüvvələrinin komandanı Oleksi Neyjpapa irəli sürüb.

Kontadmiral deyib ki, Rusiya 6 il əvvəl ilhaq etdiyi Ukraynanın Krım yarımadasında şirin su problemi ilə qarşılaşıb.

Onun sözlərinə görə, daha əvvəl Dnepr çayından Krıma su kanalı gedirdi: “İndi bu kanalı ələ keçirmək üçün Rusiyanın hücum etmə ehtimalı var. Biz bu hücuma qarşı hazırlayırıq. Ukraynanın hazırladığı “Neptun” raketləri öz ərazilərimizdən Krımın Sevastopol bazasını vura biləcək gücdədir”.

Komandandan xəbərdarlıq: “Rusiya Ukraynaya hücuma hazırlaşır”

Ən böyük hədəflərinin Ukrayna Dəniz Qüvvələrini inkişaf etdirmək olduğunu bildirən konturadmiral donanma üçün Qara və Aralıq dənizi sahillərinin fərqli yerlərində yeni bazalar qurmaq layihəsilə məşğul olduqlarını, beləliklə, sadəcə, Odessa və Oçakov kimi limanlarla kifayətlənmədiklərini dilə gətirib: “Bizim əsas hədəfimiz belə bir hücum ssenarisində Ukraynanın ilk həmlənin qurudan deyil, dənizdən qarşılaşmasıdır”.

Qeyd edək ki, Rusiya 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ələ keçirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}