20:22 / 15-10-2025
Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşüb
18:35 / 15-10-2025
Hikmət Hacıyev Almaniyada görüşlər keçirib (Yenilənib)
18:10 / 15-10-2025
Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar - Foto
18:09 / 15-10-2025
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
17:59 / 15-10-2025
Mask "Cybertruck"in satışını süni şəkildə artırıb
17:44 / 15-10-2025
İranın hərbi gəmiləri Azərbaycana gəlib - Fotolar
17:37 / 15-10-2025
Cəlaloğlu: Məsələ Ramiz Mehdiyevin həbsi ilə məhdudlaşmamalıdır - Müsahibə
17:31 / 15-10-2025
Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs əldə olunub
17:28 / 15-10-2025
Bakıda Zəfər Günü parad olacaq
17:18 / 15-10-2025
Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq
17:02 / 15-10-2025
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
16:48 / 15-10-2025
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
16:36 / 15-10-2025
Avropa İttifaqı Çin qarşısında şərtlər qoyacaq
16:32 / 15-10-2025
Deputat: “Ciddi şübhələr var ki, Ramiz Mehdiyev..."
16:17 / 15-10-2025
Deputatın mandatına xitam verilib
15:48 / 15-10-2025
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15:48 / 15-10-2025
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15:40 / 15-10-2025
Siyavuş Novruzov: "Hazırda iclasdayam..."
15:39 / 15-10-2025
Dolu siniflər, çətin dərsliklər və… - Vüqar Vəliyev yazır
15:18 / 15-10-2025
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
15:15 / 15-10-2025
Bakalavr təhsili olan zabitlərin ehtiyata buraxılma qaydalarına dəyişiklik edilir
14:58 / 15-10-2025
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
14:41 / 15-10-2025
Premyer Liqanın növbəti turunun oyun cədvəli açıqlanıb
14:38 / 15-10-2025
Rusiya dəmir yollarına hücumları artırıb
14:25 / 15-10-2025
Ukrayna neft terminalını yenidən vurub
13:59 / 15-10-2025
Vəzifədən çıxarılan general: "Artıq bu səbəbdən işləyə bilmirəm"
13:34 / 15-10-2025
Dövlət Xidməti işçilərinin sayı artırılıb
13:28 / 15-10-2025
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
13:28 / 15-10-2025
Azərbaycanla Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək
00:42 / 11-10-2025

23:11 / 11-10-2025

22:29 / 10-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

21:40 / 10-10-2025

17:07 / 11-10-2025

Prezident İlham Əliyev Lavrovu qəbul edib: "Regionda yeni, çox ümidverici şərait yaranıb" - Foto
Tarix: 21-11-2020 19:50 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Reyting.az xəbər verir ki, görüşdə Rusiyanın qurumlararası nümayəndə heyətinə daxil olan Rusiya Baş nazirinin müavinləri Aleksandr Novak və Aleksey Overçuk, səhiyyə naziri Mixail Muraşko, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – “Rospotrebnadzor”un rəhbəri Anna Popova, “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov da iştirak ediblər.
Qonaqları salamlayan Prezident İlham Əliyev deyib:
-Hörmətli Sergey Viktoroviç.
Hörmətli nümayəndə heyətinin üzvləri.
Sizi Azərbaycanda salamlamağa şadam. Sizi yenidən görməyimə şadam. Şadam ki, ölkəmizə bu cür böyük nümayəndə heyəti ilə gəlirsiniz. Nümayəndə heyətinin tərkibi özlüyündə bugünkü müzakirələrin gündəliyini əks etdirir. Bütövlükdə, bizim münasibətlərimizin gündəliyi yetərincə genişdir, bütün sahələri əhatə edir. Lakin bu gün təbii ki, biz, ilk növbədə, Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın implementasiyası ilə bağlı məsələlər, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi məsələləri barədə danışacağıq.
Regionda yeni, çox ümidverici şərait yaranıb. Əminəm ki, müsbət meyillər daha da artacaq. Hər halda, Azərbaycan buna hazırdır və biz bu gün regionun inkişafı barədə düşündüklərimizi ətraflı müzakirə edəcəyik. Əlbəttə, üçtərəfli Bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin şəxsi rolunu xüsusi qeyd etmək istərdim. O, razılaşmanın mətninin hazırlanmasında çox fəal, səmərəli iştirak edib və bu razılaşmanın uğurla reallaşması faktı çox cəhətdən məhz bu mətnin altında Rusiya Federasiyası Prezidentinin də imzasının olmasından asılıdır.
Regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oynadığı mühüm rolu da qeyd etmək istərdim. Düşünürəm ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda uzunmüddətli əməkdaşlıq baxımından tərəfdaşlığın formatı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafelərinə uyğundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də əsas rol oynamalıdırlar. Üçtərəfli Bəyanatda razılaşdırılmış məqamlar onu göstərir ki, xoş məram və konstruktiv yanaşma olduqda əvvəllər həlledilməz hesab olunan məsələləri həll etmək olar.
Sizinlə biz nizamlama prosesinin bütün peripetiyalarını yaxşı bilirik. Lakin şadam ki, həm Azərbaycan xalqına, həm də Ermənistan xalqına sülh şəraitində yaşamağa, müharibənin vurduğu yaraları sağaltmağa çalışmağa, gələcək barədə, birgə gələcək barədə bizim üçün, qonşularımız üçün təhlükəsiz gələcək barədə düşünməyə çalışmağa imkan verəcək və bununla da regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail ola bilmişik.
Biz həm də ona görə şadıq ki, Bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən Minsk qrupunun digər üzvləri gec də olsa, Bəyanatın mətninə öz münasibətlərini, müsbət münasibətlərini bildiriblər.
Əlbəttə, biz haqlı olaraq onlardan daha operativ reaksiya gözləyirdik. Lakin görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub. Amma necə deyərlər, heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır. Mən bilirəm ki, Moskvada ATƏT-in Minsk qrupunun nümayəndələrinin görüşü keçirilib. Güman edirəm ki, onların bu bəyanata müsbət yanaşması da təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzunmüddətli sülhün bərqərar olması işində mühüm rol oynayacaq.
Onu da qeyd etmək istərdim ki, Rusiya Federasiyasının Prezidentinin mövqeyinə tamamilə şərikəm. O, bəyan edib ki, bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyinə ümid edir. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik.
Bir daha xoş gəlmisiniz. Sizin gəlişinizə həmişə şadıq. Bu gün konstruktiv işləyəcəyimizə ümid edirik.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi:
-Çox sağ olun, hörmətli İlham Heydər oğlu.
İlk növbədə, Sizə Rusiya Federasiyası Prezidentinin ən səmimi salamlarını çatdırıram. Biz buraya idarələrarası nümayəndə heyəti ilə gəlmişik. Onun Sizinlə razılaşdığı kimi, bizim bu səfərimiz kifayət qədər qısa müddətdə həyata keçirilməlidir. Bu, bizim, Rusiya Federasiyasının Prezidentinin 9 noyabr tarixli razılaşmaların reallaşdırılması üzrə səyləri fəal dəstəkləmək və eyni zamanda, Azərbaycan Respublikası ilə bizim tərəfdaşlığımızın xüsusi strateji xarakterini vurğulamaq niyyətini əks etdirir. Bu gün burada bizim qarşılıqlı fəaliyyətimizin bütün istiqamətləri üzrə həmkarlarımızla aparılacaq söhbətlər, əlbəttə, ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə inkişaf etməsinə və çiçəklənməsinə yönələcək.
Biz Azərbaycanın 9 noyabr tarixli Bəyanatı dəstəkləyən mövqeyini yüksək qiymətləndirdik. Hörmətli İlham Heydər oğlu, Siz dediyiniz kimi, bu razılaşmanı heç də hamı dərhal qəbul etmədi, onu nəticə baxımından – qan tökülməsinə son qoyulması, dinc həyata, bərpa proseslərinin nizamlanmasına keçid, humanitar problemlərin həlli baxımından deyil, geosiyasi oyunlar prizmasından interpretasiya etməyə çalışdılar. Bu isə, əlbəttə, müasir dünyanın tələblərinə uyğun deyil. Biz xüsusi əhəmiyyət veririk ki, Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu bu regionda barışıq məsələsini daim vurğulayır və biz qəti əminik ki, əgər həqiqətən kənardan gətirilən hansısa maraqlar barədə deyil, insanlar barədə düşünsək, bütün gələcək işlərin mənası bundan ibarətdir.
Biz azərbaycanlı həmkarlarımızla birlikdə erməni tərəfin də iştirakı ilə sülhməramlılarımız vasitəsilə əvvəlki yerlərinə qayıdan insanların mənafeyi naminə humanitar məsələlərin həllinin konkret yollarını fəal surətdə razılaşdırırıq. Buraya mülki infrastrukturun yaradılması, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün bütün zəruri işlərin nizamlanması və əlbəttə, beynəlxalq təşkilatların, Qırmızı Xaç Komitəsinin, BMT-nin qaçqınlar, ərzaq məsələləri, uşaqların problemləri üzrə strukturlarının, bu qədim regionda mədəni, dini irsin qorunub saxlanması məsələləri ilə daha fəal məşğul olmalı olan UNESCO-nun cəlb edilməsi daxildir.
Şübhəsiz, biz ümid edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk qrupunun həmsədrləri 9 noyabr tarixli razılaşmalar nəzərə alınmaqla və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar. Dəfələrlə Sizin də vurğuladığınız, Prezident Putinin də dediyi kimi, bu işlər həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir.
Prezident İlham Əliyev Rusiya dövlətinin başçısı Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:09
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
Bu gün, 11:48
İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb
Bu gün, 11:26
Xankəndidə III Milli Şəhərsalma Forumu başlayıb
Dünən, 10:01
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
13-10-2025, 20:30
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - (Yenilənib)
13-10-2025, 20:10
Donald Tramp Misirdə İlham Əliyevi salamlayıb - Foto
13-10-2025, 16:19
İlham Əliyev Misirdə bir sıra ölkələrin liderləri ilə görüşüb
13-10-2025, 15:18
İlham Əliyev Misirdə Nikol Paşinyanla görüşüb
13-10-2025, 15:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
13-10-2025, 13:04
Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli görüşü keçirilib - Fotolar
13-10-2025, 12:30
Prezident bir qrup şəxslə bağlı sərəncam imzalayıb - Siyahı
13-10-2025, 11:44
Baş nazir yeni qərar imzalayıb
13-10-2025, 09:58
Sahibə Qafarova Pakistana işgüzar səfərə gedib
12-10-2025, 18:07
İlham Əliyev Baş Assambleya iştirakçılarına müraciət edib
12-10-2025, 17:10
Prezident İlham Əliyev Misirdə işgüzar səfərdədir - Fotolar
12-10-2025, 10:19
Xarici İşlər Nazirliyi Qətərə başsağlığı verib
11-10-2025, 18:04
Azərbaycan dörd ölkənin komandoları birgə təlimə hazırlaşır
10-10-2025, 15:43
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
10-10-2025, 14:16
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib)
10-10-2025, 12:31
İlham Əliyev "Millət" sarayında çıxış edib - (Yenilənib) - Fotolar
10-10-2025, 11:42
İlham Əliyev: "Tacikistan ilə Azərbaycan arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir"
10-10-2025, 10:23
Azərbaycan və Tacikistan prezidentləri təkbətək görüşüb
9-10-2025, 21:50
İsrail Qəzzaya yardım aparan gəmidəki iki azərbaycanlını saxlayıb
9-10-2025, 20:35
İlham Əliyev Düşənbədə dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib - Fotolar
9-10-2025, 17:58
Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilib - (Yenilənib) - Video, Fotolar
9-10-2025, 17:13
Putin Əliyevlə görüşdə: "Müttəfiqlik davam edəcək"
9-10-2025, 14:15
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir - (Yenilənib) - Fotolar
9-10-2025, 14:08
Ağdərənin Vəngli kəndinə növbəti köç olub - (Yenilənib) - Fotolar
9-10-2025, 11:51
İlham Əliyev Tacikistanda səfərdədir - Fotolar
9-10-2025, 10:23
Əli Nağıyev: Bu gün daha 14 itkin-şəhidin adı açıqlanacaq
9-10-2025, 09:11
Bakıda kibertəhlükəsizlik festivalı başlayıb
8-10-2025, 15:03
Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşüb - Fotolar
8-10-2025, 13:06
Xocalıya növbəti köç karvanı gedib
8-10-2025, 12:59
İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib
8-10-2025, 11:56
Astara şəhərinin Baş planı təsdiqlənib