Separatçılar Qarabağda yenidən təhlükəli oyuna başlayır
Tarix: 02-12-2020 14:08 | Bölmə: Slayd
Separatçılar Qarabağda yenidən təhlükəli oyuna başlayır

Dağlıq Qarabağdakı separatçı ermənilər yeni hərbi qarşıdurmaya səbəb ola biləcək əməllərindən əl çəkmək istəmirlər.

Reyting.az
erməni KİV-lərinə istinadla xəbər verir ki, Dağlıq Qarabağdakı erməni separatçılarının “lideri”, hərbi cinayətkar Araik Harutyunyan Vitali Balasanyanı sepratçı rejimin "Təhlkəsizlik Şurasının" katibi təyin etməklə növbəti gərginliyə əsas yaradıb.

Qeyd edilir ki, Harutyunyan bu qanunsuz təyinatla əlaqədar Balasanyanı qəbul edib. Görüşdə tərəflər mövcud vəziyyətdən çıxmağın yollarını və digər məsələləri müzakirə ediblər.



Onu da diqqətinizə çatdıraq ki, Balasanyan bundan əvvəl də separatçı rejimin "Təhlükəsizlik Şurasının" katibi vəzifəsini tuturdu. Ancaq Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra onu “zərərləşdirmək” məqsədilə tutduğu postdan azad edilməsinə nail olmuşdu.

İndi Yerevanda hakimiyyəti götürmək niyyətində olan Qarabağ erməniləri Balasanyanla bağlı atılan addımı ciddi tənqid edir, bunu Paşinyan-Harutyunyan cütlüyünü vəziyyətdən çıxarmağa cəhd kimi qiymətləndirirlər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}