07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Sülhməramlılar Qarabağda növbəti hərbi qarşıdurmaya zəmin yaradır - İddia
Tarix: 29-12-2020 15:22 | Bölmə: Slayd
Sülhməramlılar Qarabağda növbəti hərbi qarşıdurmaya zəmin yaradır

“Rusiya sülhməramlılarının indiki fəaliyyəti Azərbaycanda növbəti müharibənin başlanmasına imkan yaradır. Sülhməramlılar çalışacaq ki, yaxın 3-4 ay ərzində Qarabağda yeni qarşıdurma olsun, sülhməramlılardan kimsə öldürülsün və ya özləri öldürüb məsuliyyəti Azərbaycanın üzərinə ata bilərlər”.

Reyting.az
-da belə bir iddia ilə sabiq nazir müavini, politoloq Cümşüd Nuriyev çıxış edib.

C. Nuriyev, atəşkəs əldə edildikdən sonra Azərbaycanın Xocavənd rayonu istiqamətində baş verən iki təxribatı buna nümunə kimi göstərib.

Politoloq əlavə edib ki, Xocavənddə təxribat törədən ermənilərin guya hərbi əməliyyatlar zamanı meşədə qalması haqda iddiaları ciddi qəbul etmir: “Əgər rus sülhməramlıları bu təxribatçıların meşələrdə qaldıqlarını deyirsə, deməli, yalan danışırlar. Diqqət edin, bu təxribatı törədənlərin heç birinin üzü tüklü deyil, geyimləri normal qaydadır və həftələrlə meşələrdə ac qalmış hərbçilərə oxşamırlar. Ruslar bu amili nəzərə almasa da, gözlə görünən hallardır. O mənada demək olmaz ki, sülhməramlıların bu silahlı təxribatılardan xəbərləri yoxdur. Mən buna qətiyyən inanmıram”.




Bölməyə aid digər xəbərlər