07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Ermənistan Zəngəzurla bağlı məsələyə aydınlıq gətirib
Tarix: 30-12-2020 11:36 | Bölmə: Slayd
Ermənistan Zəngəzurla bağlı məsələyə aydınlıq gətirib

“Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası ardıcıl olaraq birgə komissiya tələb olunan və onun çərçivəsində peşəkar müzakirələr və danışıqlar aparan ikitərəfli beynəlxalq proses şəklində həyata keçirilir. Yuxarıda göstərilən proseslərin ilkin şərti qonşu dövlətlər arasında normal ikitərəfli, o cümlədən diplomatik münasibətlərin mövcudluğudur”.

Reyting.az
xəbər verir ki, bu barədə Sünikdə (Zəngəzurda) Azərbaycan-Ermənistan dövlət sərhədində aparılan delimitasiya və demarkasiya ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bu ölkənin Ombudsmanına göndərdiyi məlumat-izahatda bildirilib.

Ermənistan XİN-nin izahatında qeyd edilir ki, beynəlxalq təcrübədə qonşu ölkələr arasındakı sərhədin delimitasiyası və demarkasiyası proseslərini həyata keçirmək üçün maraqlı dövlət qurumlarının (xarici siyasət, müdafiə və təhlükəsizlik sahələri) nümayəndələrindən və xüsusən də mütəxəssislərdən ibarət müvafiq ikitərəfli hökumətlərarası komissiya (rəhbərliyi ölkələrin xarici işlər qurumlarının nümayəndələri) yaradılır. Bu cür komissiyaların işinin birinci mərhələsi, bir qayda olaraq, demarkasiya üçün qanuni əsaslar ətrafında, daha sonra, delimitasiya başa çatdıqdan sonra, eləcə də demarkasiya prosesinin birgə həyata keçirilməsi ətrafında ayrıca ikitərəfli razılaşma ilə başa çatır. İkitərəfli proses uğurla başa çatdıqdan sonra komissiya sərhəd məsələlərindəki bütün problemlərin həllini tapan iki dövlət arasında sərhəd haqqında Saziş bağlayır.

Ermənistan XİN əlavə edir ki, yuxarıda göstərilən proseslərin başlamasından və onların uğurla başa çatmasından əvvəl silahlı qüvvələrin və ya sərhəd qoşunlarının dövlət sərhədi boyunca döyüş növbətçiliyi üçün yerləşdirilməsi tərəflərin həqiqətən nəzarət etdikləri ərazilərdə müstəsna olaraq müdafiə tədbiridir və burada silahlı qüvvələrin nümayəndələri arasında birbaşa və ya dolayı yolla danışıqlar aparılır: “Nəticə etibarilə, hazırkı tədbirlərin həyata keçirilməsi status məsələləri ilə əlaqəli deyil, sərhədin delimitasiyası və demarkasiyası haqqında yekun razılaşma və ya mövcud inzibati sərhədlərin mexaniki təsdiqlənməsi kimi yozula bilməz”.

Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Ermənistan ombudsmanı Sünikə (Zəngəzura) səfər edib. Bu səfərdən sonra rəsmi şəkildə Ermənistan XİN-ə müraciət edərək bu regionda dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasına dair XİN-ə məktub yazaraq baş verənlər haqqında məlumat istəyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər