07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Deputat: “İnanmıram ki, ermənilər bir daha hücum etmək fikrinə düşsün”
Tarix: 30-12-2020 17:08 | Bölmə: Slayd
Deputat: “İnanmıram ki, ermənilər bir daha hücum etmək fikrinə düşsün”

“2020-ci il Azərbaycan üçün tarixi il oldu. Bu il yüz illər boyunca xalqımızın yaddaşından silinməyəcək. Azərbaycan xalqı bundan sonra illər boyunca bu qələbə ilini qeyd edəcək.

Əlbəttə, hazırda dünyada pandemiya müşahidə edilir, şəhidlərimiz var, yaralılarımız olub. Yəni böyük ağrılarımız, yaralarımız olsa da, 2020 həm də qələbə ili oldu, ərazilərimiz işğaldan azad edildi, vətənimiz bütövləşdi. Odur ki, 2020-ci il Azərbaycan tarixində böyük və tarixi il kimi daima qalacaq”.


Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, yazıçı Aqil Abbas başa çatmaqda olan 2020-ci ilin yekunlarını qiymətləndirərkən deyib.

Deputat əlavə edib ki, 2020-ci ildə işğalçı Ermənistana böyük zərbə vurulub: “Mən inanmıram ki, ermənilər bir daha Azərbaycana hücum etmək, bizimlə zor dilində danışmaq fikrinə düşsünlər. Əgər buna cəhd etsələr daha böyük məğlubiyyətə düçar olarlar - arxalarında kimin durmasından asılı olmayaraq”.

A. Abbasın sözlərinə görə, Baş nazir Nikol Paşinyan deyir ki, Ermənistanın nicatı Türkiyə və Azərbaycanla əlaqələr qurmaqdan keçir: “Əlbəttə, belə əlaqələri qursalar adam kimi yaşayarlar. Biz xalq düşmənçiliyi aparmırıq. İndi də Azərbaycanda ermənilər yaşayır. Bir zamanlar erməniləri ölkəmizdə daha çox irəli çəkirdilər, onlar üçün imkan qapıları açılırdı. Bakıda Yerevandakından daha yaxşı yaşayırdılar. Amma xəyanətə əl atdılar”.

Deputat əlavə edib ki, əslində ermənilər son 30 ildə Azərbaycan xalqına böyük yaralar vurub: “Sözsüz ki, xalqımız erməni faşizmini uzun müddət unuda bilməyəcək. Çünki çox ağır yaralarımız olub. Nə qədər çalışsalar da 30 ildə bizə heç nəyi unutdura bilmədilər. Xalq öz torpağını işğaldan azad etdi. Beləcə, Ali Baş Komandan da Azərbaycan tarixinə düşdü. İnanıram ki, bu mənada hər şey yaxşı olacaq. 2021-ci il gəlsin, xeyirli olsun! Ümumdünya Səhiyyə Təşkilatı da imkan versə və ciddi işləsə koronavirus yoxa çıxar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər