07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
“Ermənistandan Qarabağa gətirilən yüklərə Azərbaycan gömrükçüləri nəzarət etməlidir”
Tarix: 01-01-2021 20:01 | Bölmə: Slayd
“Ermənistandan Qarabağa gətirilən yüklərə Azərbaycan gömrükçüləri nəzarət etməlidir”

“Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə müraciət edirəm ki, əksər dövlət qurumları, o cümlədən Dövlət Təhlükəsizliyi Xidməti Şuşa şəhərində öz qurumlarını yaradıb. Hazırda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesi gedir. Artıq bütün keçidlər və yollarla bağlı dövlət sərhədimiz müəyyən olunur. Milli Ordumuz, Dövlət Sərhəd Xidməti bu məsələdə aktiv iştirak edir. Hesab edirəm ki, Dövlət Gömrük Komitəsinin də Qarabağda özünün regional idarəsi yaradılmalıdır”.

Bu fikirləri Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Bədrəddin Quliyev Reyting.az-a deyib.

Gömrük Komitəsinin sədrinə müraciət edən partiya sədri təklif edir ki, Gömrük Komitəsinin Qarabağ bölgəsi üzrə regional baş idarəsi yaradılsın: “Bu günün orada gömrük xidmətinin əməkdaşları dayanmalı, ilkin mərhələdə Laçının dəhlizinin özündə belə rentgen aparatları qoyulmalıdır. Bu avadanlıq Azərbaycan tərəfə keçən avtomobillərin, hətta mülki insanların əgər üzərlərində silah-sursat varsa, hamısını göstərir. Belə avadanlığı orada yerləşdirmək lazımdır”.

CHP sədri əlavə edib ki, bu il Moskvada Azərbaycan, Rusiya və Ermənistan formatında danışıqlar gözlənilir: “Bu danışıqlar zamanı da sərhəd-keçid məntəqələrində müasir avadanlıqlarla təchiz ediləcək məntəqələrin yaradılması məsələsi qaldırılmalıdır. Zəngilandan başlayaraq Laçın-Kəlbəcər boyunca keçid məntəqələri varsa, gömrük postları da yaradılmalıdır. Hesab edirəm ki, bu prosesə başlamaq lazımdır”.

Partiya sədrinin fikrincə, Qarabağda regional baş idarənin yaradılması həddən ziyadə vacib və lazımlı işdir: “Sərhədlərdə gömrük postları dövlət müstəqilliyinin əsas atributlarından biridir. Ümumiyyətlə, keçidlə gəlişlərlə nəzarət olunmalı, yüklərin nədən ibarət olunduğu bilinməli və baxılmalıdır. Azərbaycan qanunları orada tətbiq olunmalıdır. Fikrimcə, regional baş idarəyə də Azərbaycanı sevən, qanunları dərindən bilən və dövlətə bağlı şəxs qoyulmalıdır. Gələcəkdə Xankəndindən tutmuş Xocalı hava limanı da daxil olmaqla, habelə hazırda bərpa olunan Yevlax-Bərdə-Ağdam-Xankəndi dəmir yolu ilə bağlı da əlaqələr qurulacaq. Bütün sərhəd keçid məntəqələrində gömrük məntəqələrinin yaradılması məqsədəmüvafiqdir. Hesab edirəm ki, günü bu gündən bu işə başlamaq lazımdır. Hətta regional baş idarəni Şuşa şəhərində yerləşdirmək lazımdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər