07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Erməni terrorçularını dəstəkləyən rusiyalı müğənni Xankəndiyə gəlib - Fotolar
Tarix: 02-01-2021 15:19 | Bölmə: Slayd
Erməni terrorçularını dəstəkləyən rusiyalı müğənni Xankəndiyə gəlib

Rusiyanın məşhur rok müğənnisi Yuliya Çiçerina Azərbaycana qarşı səsləndirdiklərinə görə Klın Şəhər İstintaq İdarəsinə dəvət olunsa da, indiyə qədər polisə gələrək ifadə verməyib.

Reyting.az
xatırladır ki, müğənni internetdə erməniləri “Xankəndini geri verməməyə” çağırışına görə polisə ifadə verməyə dəvət edilib.

Rok ulduzuna qarşı ekstremizm ittihamı irəli sürülüb. Onun Azərbaycanın Xankəndi şəhəri haqda sərsəm fikirlərində ekstremizm əlamətlərinin olduğu bildirilir.

Məlumata görə, müğənnidən azərbaycanlı xanım şikayət edib. O, Çiçerinanın Xankəndi haqqında işlətdiyi ifadələrə görə ədalət mühakiməsinə çıxarılmasını istəyir.



Ötən ilin dekabrında polisə dəvət olunan müğənninin hazırda Xankəndi şəhərində olduğu bildirilir.

Çiçerinanın nümayəndəsi L. Kolesov isə mətbuata açıqlamasında deyib ki, belə məlumatları şərh edə bilməz. O da müğənninin hazırda Rusiyada olmadığını təsdiqləyib.

Yuliya Çiçerina isə Rusiya KİV-lərinə açıqlamasında deyib ki, belə hallar polisimizin imicini korlayır və hörmətli insanlardan uzaqlaşdırır: “Mən onlar üçün qurban deyiləm”.

Xatırladaq ki, rusiyalı müğənni bir müddət əvvəl anti-Ukrayna fikirləri ilə gündəmə gəlmişdi. O, həm də iddia edirdi ki, saxta Donbas xalq respublikası vətənpərvərlərinə münasibətinə və Maydan hadisələrindən sonra Ukraynada baş verənləri rədd etdiyi üçün onu “ovlamaq” istəyirlər.





Bölməyə aid digər xəbərlər