17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
ABŞ-Rusiya hərbi qarşıdurması başlayır: PUA-lar və ballistik raketlər hazır vəziyyətə gətirilib - Fotolar
Tarix: 05-01-2021 10:52 | Bölmə: Slayd
ABŞ-Rusiya hərbi qarşıdurması başlayır: PUA-lar və ballistik raketlər hazır vəziyyətə gətirilib

ABŞ Hava Qüvvələri Komandanlığı Rumıniyaya MQ-9 model Pilotsuz Uçuş Aparatlarının (PUA) yerləşdirəcəyini açıqlayıb.

Reyting.az
xəbər verir ki, ABŞ Hava Qüvvələri Komandanlığı “kəşfiyyat və müşahidə” üçün MQ-9 Reaper model PUA-larını 90 hərbçi ilə birlikdə Rumıniyaya yerləşdirir.

PUA-lar Rumıniyanın “Kampia Turzii” hava bazasında yerləşdiriləcək və donanma işlək hala gətirilənə qədər İtaliyadakı “Aviano” hava bazasındakı 31-ci hava donanmasının idarəçiliyində qalacaq.



Rumıniyaya hansı sayda PUA-nın yerləşdiriləcəyi açıqlanmasa da, MQ-9-ların eyni zamanda ABŞ-ın yeni dövriyyəyə daxil etdiyi kiçik birliklərə sürətli əməliyyatı icra etməyi nəzərdə tutan “Sürətli Müharibə Konsepsiyası”nın icrasına dəstək verəcək və regionda Rusiyaya qarşı “sərbəst manevrlər xidmətinə” qatılacaq.

Açıqlamada “MQ-9-un yerləşdirilməsi ön cəbhədəki varlığı, ABŞ-ın Avropanın təhlükəsizlik və süverenliyinə olan bağlılığını ortaya qoyur. Bu, NATO müttəfiqləri və Avropada digər ortaqlarla əlaqələrimizi gücləndirməyə xidmət edir”,- ifadələri işlədilib.

ABŞ-ın Avropa və Afrika Hava Qüvvələri Komandanı, general Ceff Harrigian deyib ki, PUA-ların hərbə hazır mövqedə yerləşdirilməsi ortaqlarımıza və müttəfiqlərimizə güvənc vermək, eyni zamanda ortaya çıxacaq təhdidə çox sürətli cavab verəcəyimizə dair açıq mesajdır.



Xatırladaq ki, ABŞ Hava Qüvvələri Sürətli Müharibə Konsepsiyasına dair fəaliyyətini elan edib. Bu metod müharibədə böyük bazalar yerinə kiçik ölçülü qüvvələrlə sürətli əməliyyatlar həyata keçirilməsini hədəfləyir.

Qeyd edək ki, ABŞ-ın bu həmlələrinə Rusiya susqunluq nümayiş etdirmir. Məlum olub ki, ruslar da müəyyən addımlar atırlar. Konkret olaraq YARS model qitələrarası ballistik raket kompleksi Baltikyanı ölkələr də daxil olmaqla Ukrayna və Belarusa yaxın Kozelski şəhərində yerləşdirilib. Ruslar elan ediblər ki, bura yerləşdirilən ballistik raketlər nüvə riskinin qarşısını almaq məqsədini daşıyır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}