İran Tramp başda olmaqla ABŞ-ın 47 rəsmisinin həbsi üçün İnterpola bildiriş göndərib
Tarix: 05-01-2021 15:31 | Bölmə: Slayd
İran Tramp başda olmaqla ABŞ-ın 47 rəsmisinin həbsi üçün İnterpola bildiriş göndərib

İran ABŞ prezidenti Donald Trampın qırmızı xətlə axtarışa verilməsi və həbsi ilə bağlı İnterpola bildiriş göndərib.

Reyting.az
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” kanalı bildirib.

İran Ədliyyə Nazirliyinin sözçüsü G. Esmaili deyib ki, İran tərəfi general Qasım Süleymaninin qətlində günahkar olan 47 ABŞ rəsmisinin həbsi üçün İnterpola tələb göndərib.

Sözçü əlavə edib ki, İran tərəfi bu cinayət əmrini verən və onu törədənlərin mühakimə edilməsi və cəzalandırılmasına ciddi yanaşır.

Qeyd edək ki, bu, Trampın həbsi üçün İranın ikinci cəhdidir. Buna qədər bənzər təklif İnterpolun Fransa şöbəsi tərəfindən rədd edilib.

Xatırladaq ki, İranın “Qüds” qüvvələrinin komandanı general Q. Süleymani 2020-ci il yanvarın 3-də Bağdad hava limanı yaxınlığında ABŞ-ın raket zərbəsi ilə öldürülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}